Rəqəmsal Marketinq

Sertifikat Proqramı

Bu proqram sayəsində əldə edəcəyiniz biliklərlə karyeranızda yüksəlişə nail olacaq,
şirkətinizi rəqəmsal mühitdə lider edəcəksiniz!

SORĞU GÖNDƏRİN
Security
UNEC tərəfindən təsdiqlənən sertifikat proqramı

Sıfırdan peşəkar səviyyəyə qədər rəqəmsal marketinqə dair bütün müasir biliklərə sahib olacaqsınız

Security
48 saat praktiki tədris

24 mövzudan ibarət bütün 

təlim prosesi

"Dinlə - Öyrən - Tətbiq et"

metodu ilə tərtib edilib

Security
Təlimdən sonra 2 ay mentorluq

Öyrənilən biliklərin praktikada tətbiqi zamanı yanınızda olacayıq




Rəqəmsal Marketinq mütəxəssisi olmaq istəyirsiniz?

Bu proqramda rəqəmsal marketinq mütəxəssisi olmaq üçün ehtiyac duyulan bütün mövzuları öyrənəcəksiniz. Peşəkar təlimçilər tərəfindən hazırlanan tədris proqramda iş dünyasının bütün tələbləri və inkişaf meyilləri nəzərə alınmışdır. İnteraktiv formada keçəcək öyrənmə mühitində bütün suallara cavab tapacaqsınız.

SORĞU GÖNDƏR
image

Nələri qazanacaqsınız?

Rəqəmsal dünyanın ən trend məqamlarını əhatə edən mövzular sahəsinin mütəxəssisləri tərəfində

başlanğıc səviyyədən peşəkar dərəcəyə qədə

ən detallı şəkildə öyrədiləcəkdir. 

Məqsədimiz sadəcə öyrətmək deyil, həm də işinizi ən yüksək səviyyəyə çatdırmaq üçün maksimal dəstəyi göstərməkdir.


icon

Rəqəmsal marketinqin açdığı fürsətlər

Rəqəmsal marketinqin köməyi ilə biznesin inkişafı, müştərilərin cəlbi və satışın artırılması üçün effektiv üsullardan yararlanacaqsınız

icon

Hədəf kütləyə asanlıqla çatacaqsınız

Peşəkar alətlər Sizə həm ölkə daxili, həm də xarici bazarlarda hədəf seqmentlərin operativ araşdırılmasını və detallı kommunikasiyasını təmin edəcəkdir

icon

Münasib büdcə ilə effektiv reklam

Google, Facebook, Instagram kimi böyük istifadəçi kütləsinə sahib sosial media platformalarında büdcəni tam effektiv idarə edəcək, sürətli nəticədən faydalanacaqsınız

icon

Karyera fürsətlərinizi maksimuma çatdırın

Proqram boyunca öyrənəcəyiniz biliklərlə karyera pillələrini sürətlə addımlayaraq şirkətlərin ən çox tələb duyduğu mütəxəssis olacaqsınız

Mentorlardan ÖDƏNİŞSİZ məsləhət alın!

Rəqəmsal markrtinq haqqında eşitmisiniz amma hələ də qərar verməkdə çətinlik çəkirsiniz?

Komandamız bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırdır!

SORĞU GÖNDƏR

Sertifikat Proqramının
mövzu başlıqları

Online formada keçiriləcək dərslər qruplara uyğun cədvəllər əsasında formalaşdırılacaq.


Rəqəmsal marketinqinin təməlləri

Rəqəmsal marketinqdə hədəfləmədə ümumi prinsiplər

Rəqəmsal marketinq terminləri və ölçmələri (metrics) 

Strategiya və hədəf müəyyənləşdirmə

Rəqəmsal marketinq kanalları

Google Ads - sıfırdan peşəkar səviyyəyə

Facebook  və Instagram reklamları

Yenidən Marketinq (Re-marketing)

Google Analytics

SEO Axtarış Sistemləri Optimizasiyasının (Search Engine Optimization) təməl bilgiləri


team
Ramil Cabbarov
Əsas təlimçi, Rəqəmsal Marketinq üzrə rəsmi akkreditasiya olmuş mütəxəssis

·        ✅ Facebook Certified Digital Marketing Associate
Acclaim No: f0d89bbc-ce28-46b8-94ff-9959254164a9

·        ✅ Google Ads Certified Professional
Profile ID: 792271137c8e48d5bed4fc149af8d69c

·        ✅ Google Certified Educator
Candidate ID: 386a1eb8-46f8-45a8-b1af-b277f7cc4560

·        ✅ Certified Microsoft Innovative Educator
Candidate ID: 2269532

Ramil Cabbarov - 13 ildən çoxdur ki, marketinq sahəsində çalışır. Amerika Marketinq Asossasiyasının üzvüdür. 10-dan çox yerli şirkətin, 4 qlobal şirkətin Azərbaycandakı strateji marketinq fəaliyyətini idarə edib.

Hazırda 3 qlobal və 5 yerli şirkətin rəqəmsal marketinq fəaliyyətlərini həyata keçirir, eləcə də bir sıra şirkət və qurumlara bu istiqamətdə konsultasiya xidməti göstərməkdədir.

2014-cü ildən UNEC-də strukturunda çalışmaqda, eləcə də marketinq əsaslı fənnləri bakalavr və magistratura səviyyələrində tədris etməkdədir. 2018-ci ildən UNEC Karyera Mərkəzinin direktorudur.

2017-ci ildən UNEC-in Digital Marketinq Mərkəzinə rəhbərlik edir.

“Facebook” tərəfindən rəsmi keçirilən "Facebook Certified Digital Marketing Associate" ekspert imtahanını uğurla tamamlayaraq, “Facebok”un sertifikasiyalı rəqəmsal marketinq mütəxəssisi statusu qazanıb.

“Google” platformasına aid 6 reklam yayımı istiqaməti üzrə imtahanlarının hər birini müvəffəqiyyətlə keçərək “Google reklamları üzrə sertifikasiyalı professional” (Google Ads Certified Professional) ünvanına sahib olub.

“Google” şirkətinin rəsmi təhsilverən imtahanını uğurlu keçərək “Google sertifikasiyalı Birinci dərəcəli müəllim” (Google Certified Educator: Level 1), eləcə də Microsoft şirkətinin “Sertifikasiyalı innovativ müəllim” (Certified Microsoft Innovative Educator) dərəcəsini qazanıb.

image

2 ay 48+ saatlıq UNEC tərəfindən təsdiq edilən sertifikat proqramının toplam ödənişi - 450 AZN

* istisna hallarda iki dəfəyə ödəniş mümkündür.
* 15 nəfərlik qrup formalaşan kimi online dərslərə start veriləcək. Dərslərin həftədəki gün sayı və saatları iştirakçılar ilə birlikdə razılaşdırılacaqdır.

Sorğu və Qeydiyyat

Ən qısa zamanda Sizinlə əlaqə saxlayacıq

  • Adınızı daxil edin
  • E-mail daxil edin
  • Əlaqə nömrəsini daxil edin

Biz spam göndərmirik və məlumatlarınızın məxfi qalması bizim üçün önəmlidir.

Mütəmadi verilən suallar

Rəqəmsal medianın gücündən istifadə etmək istəyən hər kəs: rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər, sosial medianı yeni satış kanalı kimi dəyərləndirənlər, kiçik və orta biznes sahibləri, e-ticarət ilə məşğul olanlar, sosial media idarəçiləri, şirkətlərin PR və kommunikasiya mütəxəssisləri, reklam agentliyində işləyənlər, bu sahəyə maraq duyanlar təlimə qatıla bilər.

Təlim proqramı rəqəmsal marketinqə maraq göstərən hər kəsin qatıla bilməsini təmin edəcək şəkildə formalaşdırılıb. Yeni başlayanlar bu sahədə təməl biliklərə sahib olur, təcrübəli şəxslər isə biliklərini yeniləyə və bir üst səviyyəyə çıxara biləcəklər.

Dərslərin ən az 70 faizinə qatılmaq, həftəlik tapşırıqları zamanında təhvil vermək və Yekun layihədən ən az 60 bal toplamaq şərti mövcuddur. Əks halda iştirakçıya yalnız "Dinləyici" sertifikatı təqdim ediləcəkdir.